top of page

Kürdəmirdə dəhşətli QƏZA: 1 nəfər ğldü, 4 nəfər yaralandı - FOTOLAR

  • Xuraman Həmidova
  • Mar 23, 2021
  • 1 min read


DİQQƏT.info xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, “VAZ2106” markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkət edərkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.


Hadisə nəticəsində Ağsu rayon sakini, 56 yaşlı Cəfərova İrayə Cəfər qızı dünyasın dəyişib.


Rayon sakinləri – 34 yaşlı Cəfərova Mehriban Rəhman qızı, Qasımova Sona Rəhman qızı, 6 aylıq Qasımov Pünhan Mənsur oğlu və 6 yaşlı Qasımova Zəhra Mənsur qızı xəsarət alıb.


Faktla bağlı araşdırma aparılır.






Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page