top of page

“Kremldə sülhməramlıların Qarabağdakı dəqiq statusu haqda yeni sənəd hazırlanır...”

  • Xuraman Həmidova
  • Apr 8, 2021
  • 1 min read

"Moskva Rusiya sülhməramlılarının Qarabağdakı statusunu daha dəqiq müəyyənləşdirəcək yeni sənəd hazırlayır”.

DİQQƏT.info xəbər verir ki, bu sözləri işğalçı ölkənin “Faktİnfo” kanalının efirində analitik Argişti Kiviryan bildirib.

"Əminəm ki, Kreml yaxın gələcəkdə imzalanması üçün hər iki tərəfə Rusiya sülhməramlılarının Qarabağdakı statusunu daha dəqiq müəyyənləşdirəcək əlavə sənəd təqdim etməyə çalışır" –deyə erməni təhlilçi söyləyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə 10 Noyabr bəyanatının qanuni bir sənəd olmadığını, bunun ölkələrinin hüquqi prosedurlarına uyğun gəlmədiyini bildirib. Ona görə də Moskva gələcəkdə mümkün problemlərin qarşısını almaq üçün bu hüquqi problemləri həll edəcək bir sənədin müzakirəyə təqdim edilməsinə çalışır./Moderator.az

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page