top of page
Xuraman Həmidova

“Kreml erməniləri arxayın salmaq istəyir ki...” - Bakı bu açıqlamaları cavabsız qoymamalıdır



"Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst siyasətçi Konstantin Zatulin rusiyalı sülhməramlıların Qarabağa daimi əsasda gəldiyini söyləyib: “Rusiya sülhməramlıları Dağlıq Qarabağa rəsmi olaraq 5 illik getsə də, düşünürəm ki, onlar həmişəlik ordadırlar”". DİQQƏT.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloqun fikrincə, Bakı Moskva ilə yersiz mübahisə etmək istəmir: "Zatulin bilir ki, Azərbaycan cəmiyyətinin əksər hissəsi rusiyalı hərbçilərin Dağlıq Qarabağdakı fəaliyyətindən narazıdır. Zatulin Prezident İlham Əliyevin son geniş mətbuat konfransında rusiyalı hərbçilərlə bağlı “5 ildən sonra vəziyyətə uyğun qərar veriləcək” cümləsi ilə də tanışdır. Zatulin bunları bildiyinə və bizi qıcıqlandırmaq üçün rusiyalı hərbçilərin Dağlıq Qarabağda əbədi varlığından danışır. Eyni sözləri Vladimir Jirinovski də demişdi. Jirinovski, Zatulin və onları danışdıran Kreml erməniləri arxayın salmaq istəyir ki, Rusiya ordusu həmişəlik Dağlıq Qarabağda yerləşib. Bakı Moskva ilə yersiz mübahisə etmək istəmir. Ancaq Zatulinin və Jirinovskinin bu açıqlamaları da cavabsız qalmamalıdır"./yenisabah

16 views0 comments

Recent Posts

See All

Comments


bottom of page