top of page

Koronavirus xəstələrindən rüşvət alan həkimlərin həbs olunma anları - VİDEO

  • Xuraman Həmidova
  • Apr 22, 2021
  • 1 min read

“Yeni klinika” tibb müəssisənin direktoru Abbasov Pərviz Akif oğlu və Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun həbs edilməsi ilə bağlı videogörüntülər yayılıb.

DİQQƏT.info-nun xəbərinə görə, videogörüntülərdə həbs edilən hər iki şəxsin rüşvət alarkən yaxalanması əksini tapıb.

Qeyd edək ki, rəsmi məlumata görə, “Yeni klinika” tibb müəssisənin direktoru P.Abbasov Pərviz və FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İ.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. Həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.



Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page