top of page
Xuraman Həmidova

Karantin intiharlara SƏBƏB OLUR - PSİXOLOQ


İntihar hallarının artmasının bir səbəbi də karantin ola bilər.

DİQQƏT.info bildirir ki, bu sözləri psixoloq Vəfa Əkbər deyib.

O qeyd edib ki, intihar halları bütün yaçş kateqoriyaları üzrə artıb:

“Evdə ailə üzvlərinin gərginliyi, tez-tez dava-dalaşlar, şəxsi ədavət, maddi sıxıntı, anlayışsız münasibətlər və təbii ki, sosial faktor intiharın əsas səbələri kimi böyük rol oynayır. Karantinin sərtləşməsi, iş yerlərinin bağlanması, uşaqların məktəbə getməməsi evdəkiləri sıxıntıya salır. Bu hallar insan psixikasına təsir edən və intihara yönləndirən səbəblərdəndir”.

Psixoloq, həmçinin bildirib ki, karantin dövründə insanların öz ruhi sağlamlıqlarını qoruması vacibdir:

“Karantin dövründə sosial çevrəni artırmaq, yeni bir məşğuliyyət tapmaq, aktiv idmanla məşğul olmaq insanı həm fiziki, həm də mənəvi baxımdan ayaqda saxlayır”./axar.az

11 views0 comments

Recent Posts

See All

Commentaires


bottom of page