top of page

İsmayıllıda itkin düşmüş Ağsu sakininin meyiti tapıldı

  • Xuraman Həmidova
  • Mar 16, 2021
  • 1 min read

İsmayıllı rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb.

DİQQƏT.info bildirir ki, "Report"un xəbərinə görə, Ağsu rayon sakini 45 yaşlı Ceyhun Abuzərov bir neçə gün əvvəl İsmayıllı rayonunda işlədiyi fermadan çıxıb və geri qayıtmayıb.

Onun meyiti rayonun Qubaxəlilli kəndinin ərazisindəki Şirvan kanalında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page