"İsgəndər-M"-in qalıqlarının tapılması müzakirə olunur - PESKOV
- Xuraman Həmidova
- Apr 13, 2021
- 1 min read

Bakının Qarabağda "İsgəndər-M" raketinin qalıqlarını tapması ilə bağlı məlumatlar Rusiya və Azərbaycan hərbçiləri arasındakı sıx dialoqda müzakirə olunur.
DİQQƏT.info Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsi "İsgəndər" qalıqlarının tapılması barədə mövzunun Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığı zamanı müzakirə olunub-olunmaması barədə sualı cavablandırarkən müvafiq məsələlərin hərbçilər arasında dialoq zamanı müzakirə olunduğunu bildirib.
Comments