Tanzaniya prezidenti Con Maqufuli 61 yaşında vəfat edib.
DİQQƏT.info xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Sami Suluxu Hassana istinadən “Bloomberg” agentliyi bildirib.
Daha əvvəl Tanzaniyanın müxalif siyasətçisi Tundu Lissu bildirib ki, onda olan məlumata görə, Keniyada koronavirusdan müalicə olunan prezident Hindistana aparılılb. “Financial Times” qəzeti isə mənbələrə istinadən bildirib ki, Maqufuli ağır xəstədir.
Eyni zamanda Keniyanın “Nation” nəşri də mənbəyə istinadən yazıb ki, təxminən iki həftə ictimaiyyət qarşısına çıxmayan Afrika ölkələrindən birinin lideri COVID-19 diaqnozu ilə Nayrobidə xəstəxanaya yerləşdirilib. Nəşrin məlumatına görə, ona süni tənəffüs aparatı qoşulub./report
Comments