İki avtomobil toqquşdu: Biri Samur-Abşeron kanalına düşdü - FOTO
- Xuraman Həmidova
- Apr 4, 2021
- 1 min read

Bu gün Quba-Xaçmaz yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb.
DİQQƏT.info-nun verdiyi məlumata görə, iki “Vaz 2106” markalı maşın toqquşub.
Qəza nəticəsində avtomobillərdən biri Samur-Abşeron kanalına düşüb. Ətrafdakı insanların köməyi ilə sürücü sudan çıxarılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir./konkret.az
Comments