top of page

İdarə rəisinin yaralandığı ərazidə daha 3 mina tapıldı

  • Xuraman Həmidova
  • Mar 4, 2021
  • 1 min read

Ağdamın Novruzlu kəndində Mexaniki Suvarmalar Sistemi İdarəsinin rəisi Hafiz Əzimzadənin minaya düşdüyü ərazidə əlavə olaraq 3 ədəd Ermənistan istehsalı olan PMN - piyada əleyhine mina aşkarlanıb.

DİQQƏT.info xəbər verir ki, bunu Trend-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin supervayzeri Xaliq Zülfüqarov deyib.

Onun sözlərinə görə, bundan başqa, rayon ərazisinə baxış keçirilən zaman 39 ədəd PMN aşkarlanıb. Həmçinin, 8 ədəd TM-62 P2 mina aşkarlanaraq zərərsizləşdirilib.

Agentliyin əməkdaşları hazırda təcili təxirəsalınmaz işlərini dəvam etdirir. Ağdam rayon ərazisində aşkar olunmuş 100-ə yaxın TM62 P2 tank əleyhinə minanın partlayış işləri aparılır.

Agentlik insanların işğaldan azad olunmuş ərazilərə keçməməsini xahiş edir, ərazinin son dərəcə təhlükəli olduğu bildirilir.

Коментарі


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page