top of page
Xuraman Həmidova

İşdən çıxan məktəb direktoru depressiyaya düşdü, halı PİSLƏŞDİ


Bakı şəhəri 187 saylı məktəbin direktoru Nailə Məmmədova vəzifəsindən azad olunması üçün ərizə ilə Təhsil Nazirliyinin rəhbərliyinə müraciət edib.

Bunu "Report"a açıqlamasında N.Məmmədova özü deyib.


Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə bildirib ki, artıq Nailə Məmmədova vəzifəsindən azad edilib:

"Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib".

Qeyd edək ki, N.Məmmədova Azərbaycanda tətbiq olunan karantin rejimi qaydalarını pozaraq özünə doğum günü məclisi təşkil edib.

Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məktəb direktorunun karantin rejimi qaydalarını pozaraq və şəhidlərin 40-ı çıxmamış özünə doğum günü məclisi təşkil etməsi vətəndaşlar tərəfindən sərt qaydada tənqid olunub.

Bundan sonra N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil naziri Emin Əmrullayevin əmri ilə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

DİQQƏT.info xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a Nailə xanımın qardaşı, İNK sədri Rasim Məmmədov danışıb:

"Mənim bacım indi heç kimlə danışmaq istəmir. Ona "erməni", "donuz" dedilər, ləyaqətini alçaltdılar. Onda bacımı kimsə müdafiə etmədi. Belə düşünən insanlar abırsız, həyasız, şərəfsizdilər. Bacımın vəziyyəti yaxşı deyil. Sağ-salamat qalsa, müalicədən sonra, ola bilər, danışsın. Nailə xanım həm elədiyinə görə utanır, həm də insanların qınağına görə fikir edir".

13 views0 comments

Recent Posts

See All

Comments


bottom of page