top of page

İtkin əsgərimizin şəhid xəbəri gəldi

  • Xuraman Həmidova
  • Feb 15, 2021
  • 1 min read

Vətən müharibəsində itkin düşən kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun şəhid olduğu müəyyənləşib.

DİQQƏT.info xəbər verir ki, bu barədə Qafqazinfo-ya şəhidimizin yaxınları məlumat verib.

Hərbçimizin şəhid olduğu DNT analizi nəticəsində təsdiqlənib. Şəhidimizin sabah Neftçalanın Xıllı qəsəbəsində cənazə namazı qılınacaq. Daha sonra Quliyev Əkbərin nəşi Bakıda II Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanında torpağa tapşırılması üçün paytaxta gətiriləcək.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əkbər Quliyev hərbi xidməti Tərtərdə başa vurub. O, müharibədən öncə təlimlərə cəlb edilmiş, daha sonra isə döyüşlərə qatılmışdı.

Allah rəhmət eləsin!

Comentarios


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page