top of page

İtkin polkovnik-leytenantın şəhid xəbəri gəldi

  • Xuraman Həmidova
  • Feb 27, 2021
  • 1 min read

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

DIQQƏT.info xəbər verir ki, bu barədə şəhid zabitimizin yaxınları məlumat verib.

46 yaşlı zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qaldı.

Allah rəhmət etsin!

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page