Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
DİQQƏT.info xəbər verir ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi qulluqçusu 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviçin şəhid xəbəri gəlib. 44 günlük müharibədə sonuncu dəfə Murov istiqamətində döyüşlərdə iştirak edən R. Qulamovun adı 5 aydan artıqdır Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda qeyd olunub.
Şəhidimizin nəşi elə Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.
Sumqayıt şəhər sakini olan R.Xaydaroviç evin tək övladı idi. Şəhidin bu gün axşam saatlarında torpağa tapşırılacaq./konkret.az
Allah rəhmət etsin!
Comentarios