top of page
Xuraman Həmidova

İntihar edən yeniyetmə ilə bağlı bəzi detallar MƏLUM OLDU – “Biz gedirik, sən getmə..."


Xəbər verildiyi kimi, Gədəbəy rayonunun Pərizamanlı kəndində 16 yaşlı oğlan intihar edib.2005-ci il təvəllüdlü Şöhrət Vüqar oğlu İbrahimovun yaşadığı evin həyətində özünü asdığı bildirilir.

DIQQƏT.info xəbər verir ki, bizim.media baş verən intihar hadisəsinin təfərrüatlarını öyrənib.


Pərizamanlı kənd bələdiyyə sədri Qamət Məsimov açıqlamasında intihar edən gəncin həddindən artıq sakit və tərbiyəli biri olduğunu deyib:

“İntiharın konkret səbəbi bilinmir. Kənd daxilində söylənənlərə görə yaxın qonşularında yüngülvari yığıncaq olub. Oğlan da ora getmək istəyib. Amma atası icazə verməyib. “Biz gedirik, sən evdə qal və mal-heyvan gələndə yerinə bağla” deyib. Valideynləri həmin yığıncağa gediblər və oğlan evdə tək qalıb.

Qayıdanda uşağı evdə tapmayıblar. Telefonuna zəng edəndə səsi tövlədən gəlib. Tövləyə girəndə oğlanın ayağının altına ot tayı qoyub özünü asdığını görüblər. Hadisəni belə danışırlar”.

Bələdiyyə sədrinin sözlərinə görə, intihar edən oğlanın ailəsi sakit və problemsizdir:

“Şöhrət İbrahimov 9-cu sinifdə oxuyurdu və evin tək oğlu idi. Onu sakit və mədəni olaraq tanıyırıqdıq. Bir bacısı da var”.

17 views0 comments

Recent Posts

See All

Comments


bottom of page