top of page
Xuraman Həmidova

İsveçrədə koronavirus peyvəndindən sonra altı nəfər öldü


İsveçrədə koronavirusa qarşı peyvənd vurulduqdan sonra 63 nəfər özünü narahat hiss edib, altı nəfər isə vəfat edib.

DİQQƏT.info bildirir ki, Report-un məlumatına görə, bu barədə İsveçrə terapevtik məhsullar agentliyi (Swissmedic – Red) məlumat yayıb.

Agentliyə daxil olan müraciətlərin əksəriyyəti ciddi hesab olunmayıb. Belə ki, peyvənd olunanlar baş ağrısı, peyvənd yerindəki ağrı, qızdırma və üşütmədən əziyyət çəkiblər.

Qeyd edək ki, İsveçrədə kütləvi peyvəndlənmə 2020-ci ilin 23 dekabr tarixindən başlayıb. Hələ ki, “Pfizer / BioNTech” peyvəndi istifadə olunur.

6 views0 comments

Recent Posts

See All

Comments


bottom of page