İsrail paytaxtı Təl-Əvivin mərkəzindəki İbn-Qabirol küçəsində bilinməyən bir maddənin sızması səbəbindən torpaq və beton birdən-birə 60 ° C-yə qədər qızıb.İ
Moderator.az xəbər verir ki, bu barədə yerli "Detali" nəşri məlumat yayıb.
Qeyd olunur ki, 31 dekabr axşamı polis əməkdaşları İbn-Qabirol küçəsindəki iki evin sakinlərini təxliyyə etdilər. Belə ki, bilinməyən bir səbəbdən iki bina arasındakı torpaq və beton 60 dərəcəyə qədər istilənib və buxar buludları yuxarıya doğru yüksəlib.
Hakimiyyət və təhlükəsizlik xidmətləri təhlükəli bir maddənin və ya bir geoloji hadisənin sızmasını istisna edir.
Əraziyə gedən küçələr hərəkət üçün bağlıdır. Polis, xilasetmə xidmətləri və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin briqadaları hadisə yerinə gəlib. Son saatlarda buxar meydana gəlməsinin səbəbini tapmaq üçün qazıntılar aparılıb. İşlərin bu gecə də davam edəcəyi gözlənilir.
Sakinlərin evlərinə nə vaxt qayıda biləcəkləri hələlik məlum deyil. Təl-Əviv bələdiyyəsi gecələmək yeri olmayan hər kəsə yardım edəcəyini açıqlayıb. Evakuasiya edilmiş binaların sakinlərindən biri jurnalistlərə "Gecəni bir dostumun yanında hava döşəyində keçirəcəyəm - 2020-ci ilin sonuna uyğundur" -deyib./Moderator.az
Comentarii