top of page
Xuraman Həmidova

İsrail-Azərbaycan İcması Polşa televiziyasına SƏRT ETİRAZ bildirdilər


“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ölkəmizin 44 günlük Vətən müharibəsi barədə ermənipərəst mövqeyi əks etdirən sənədli filmin nümayişi ilə bağlı Polşanın “Telewizja Polska” (TVP) ictimai televiziyasının rəhbərliyinə kəskin etirazını bildirib.

DİQQƏT.info xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, assosiasiyanın sədri Lev Spivak yanvarın 24-də televiziyanın efirində hərbi jurnalist Vitold Repetoviçin “Şiddətin dərinliyi - 44 gün - müharibənin dəhşəti” (“Głębia” ostrości - 44 dni - koszmar wojny”) adlı sənədli filmin yayımlandığını bildirib. Azərbaycana məxsus olan və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən işğal olunmuş Qarabağda bu il baş vermiş 44 günlük müharibədən bəhs edən film birtərəfli şəkildə, yalnız Ermənistanın maraqları və rəsmi İrəvanın mövqeyi baxımından çəkilib və yayımlanıb.

Müraciətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın işğalçı və təcavüzkar siyasəti, dünya birliyinin Azərbaycan torpaqlarının işğalına və erməni terroruna göz yumduğu barədə ətraflı məlumat verilib. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bütün regionun inkişafına mane olan bu münaqişənin sülh yolu ilə həllini təklif etdiyi, lakin region barədə obyektiv fikrə malik olmayan erməni lobbisinin güclü təzyiqi altında olan rəsmi İrəvanın işğalçı siyasətini davam etdirdiyi və Bakının irəli sürdüyü formatda danışıqları aparmaqdan tamamilə imtina etdiyi nəzərə çatdırılıb.

Müraciətin müəllifi televiziyanın rəhbərliyini və kollektivini hadisələri obyektiv işıqlandırmağa, bu hadisədən düzgün nəticələr çıxarmağa və vəziyyətə aydınlıq gətirməyə çağırıb.

14 views0 comments

Recent Posts

See All

Comments


bottom of page