Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin sabiq Baş qərargah rəisi və baş hərbi müfəttişi, general-mayor Movses Akopyan barəsində cinayət işi açıb. Erməni KİV-lərinin verdiyi məlumata görə, onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb. xxx 20 noyabr, 00:31 "Qarabağda "İsgəndər" raketindən istifadə etdik" deyən Ermənistan Baş Qərargahının keçmiş rəhbəri general-polkovnik Movses Akopyan Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırılıb. "DİQQƏT"-in erməni KİV-lərinə istinadla verdiyi xəbərə görə, bu barədə M.Akopyanın özü məlumat verib. General-polkovnik Xüsusi İstintaq Xidmətində dindirilməsinin təfərrüatları barədə məlumat verməyib. Qeyd edək ki, daha əvvəl M.Akopyan Dağlıq Qarabağ münaqişənin eskalasiyası dövründə Ermənistanın "İsgəndər" operativ-taktiki raket kompleksini tətbiq etdiyini bildirib: "İsgəndər" tətbiq olunub. Amma hansı istiqamətdə atıldığını deyə bilmərəm".
Xuraman Həmidova
Comments