top of page
Xuraman Həmidova

İrəvanda Antares Holdinqin qapısına Türkiyə bayrağı yapışdırıldı


Xəbər verdiyimiz kimi, dünən tanınmış erməni biznesmen, “Antares” holdinqinin sahibi olan Armen Martirosyan feysbuk sosial şəbəkəsindəki hesabında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini yazıb: “26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?”

DİQQƏT.info yeniavaz-a istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanla yaxın dost olduğu bildirilən iş adamının bu açıqlamasına etiraz edənlər “Antares” holdinqə məxsus İrəvandakı obyektlərdən birinin qapısına Türkiyə bayrağı yapışdıraraq Armen Martirosyanı “xain” adlandırıblar.

26 views0 comments

Recent Posts

See All

Comments


bottom of page