top of page

İrəvan revanşdan uzaq durmasa, fəlakət olacaq - Korotçenko

  • Xuraman Həmidova
  • Dec 20, 2020
  • 1 min read

Erməni cəmiyyəti revanş cəhdlərini əbədi unutmalı və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkənin yaradıcı inkişafına diqqət yetirərək, Qaregin Njdehin millətçi ideologiyasından imtina etməlidir.

DİQQƏT.info xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko öz Teleqram səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistanın başqa əraziləri yoxdur və heç vaxt da olmayacaq:

"Ermənistanın Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinə, regional iqtisadi layihələrə daxil edilməsinə ehtiyacı var. Yalnız sülh Ermənistana inkişaf şansı verəcək, yeni müharibə xəyalları isə onu geosiyasi fəlakətə sürükləyəcək"./Axar.az


Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page