top of page

İranlı idmançı qızıl medalını Azərbaycana qarşı döyüşlərdə ölmüş erməninin ailəsinə bağışladı -FOTO

  • Xuraman Həmidova
  • Jan 14, 2021
  • 1 min read

Ermənistanın kyokuşin karate üzrə 12-ci açıq çempionatında birinci yeri tutmuş İran idmançısı Əhməd Bağeripur öz qızıl medalını Qarabağda, Azərbaycana qarşı döyüşlərdə öldürülmüş erməni karateçi Artur Sukiasyanın ailəsinə hədiyyə etmək qərarına gəlib.

DİQQƏT.info Moderator.az-a istinadən xəbər verir ki, bu haqda İranın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Artur Sukiasyan və Əhməd Bageripur bir neçə çempionatda birlikdə oynayıb və dostluq münasibətləri qurublar.

İranlı idmançı 13 yanvarda qızıl medalını Artur Sukiasyanın ailəsinə çatdırılması üçün Ermənistanın İrandakı səfirliyinin üçüncü katibi Qor Şahverdyana təqdim edib.




Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page