top of page
Xuraman Həmidova

"İran, Azərbaycandan topraqlarını mütləq geri almalıdır" - iranlı millət vəkili


İran parlamentinin deputatı, Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin üzvü Mahmud Əhmədi Bilaş Azərbaycan və Türkiyəni hədəf alaraq, təhdid edib.


DİQQƏT.info-nun Yenişafak-a istinadən yazdığına görə, parlamentin iclasında ölkəsinin xarici siyasətindən söz açarkən millət vəkili Bilaş deyib ki, İran hökuməti Qarabağ müharibəsində diplomatik tərbiyəni bir kənara buraxıb, Ermənistanın yanında olmalıydı.


O, əlavə edib ki, Qarabağ müharibəsi keçmişdə qalsa da, görüləsi işlər də az deyil. İran ilk növbədə, gələcəkdə mütləq Azərbaycandan topraqlarını geri almalıdır.


İranın Şazand şəhərindən seçilmiş deputatın fikrincə, Ermənistanı dəstəkləmək İranın xarici siyasətində əsas vəzifə olmalıdır.


“Qarabağ müharibəsi zamanı Ermənistanı açıq dəstəkləməməyimiz böyük səhv oldu. Bu günki Azərbaycan Respublikası ilə Güney Qafqazın bəzi qismləri orijinal tarixi sənədlərə görə İranın bir parçasıdır. Ona görə də, gələcəkdə bu torpaqlar İrana qaytarılmalıdır. İran, Amerikanın və Avropanın Türkiyəyə qarşı sanksiyalarını birmənalı şəkildə dəstəkləməlidir”, - deyib türk düşməni Bilaş.(Hafta.az)

290 views0 comments

Recent Posts

See All

Comentários


bottom of page