İki uşağını və özünü öldürməyə cəhd edən qadına cinayət işi açıldı- Cinayətin ŞOK SƏBƏBİ
- Xuraman Həmidova
- Dec 21, 2020
- 1 min read

İki azyaşlı övladını dördüncü mərtəbədən atdıqdan sonra özü də intihara cəhd edən ana istintaqa ifadə verib. DİQƏT.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, qadın istintaqa ilkin ifadəsində əri Cavid Cəfərovun narkoman olduğunu və azyaşlı oğlanlarını da narkotikə öyrəşdirmək istədiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Ər Cavid Cəfərov izahatı alınması üçün saxlanılıb, araşdırma aparılır.
Comments