top of page

İki azərbaycanlı qardaş Ukraynada virusdan vəfat etdi - FOTOLAR

  • Xuraman Həmidova
  • Feb 5, 2021
  • 1 min read

Ukraynada Azərbaycan diasporunun ən fəal nümayəndələrindən biri, daim ölkəmizin haqq səsinə səs vermiş, ölkəmiz adına keçirilən tədbirlərdə yaxından iştirak edən Seymur Məhərrəmov “Covid-19” virusundan dünyasını dəyişib. Daha öncə Seymur Məhərrəmovun qardaşı İltifat Məhərrəmov da koronavirusdan dünyasını dəyişmişdi.


DİQQƏT.info Teleqraf.com-a istinadla xəbər verir ki, Məhərrəmov qardaşları fəal vətəndaş mövqeyinə və ölkənin ictimai-siyasi həyatında yaxından iştirakına, sülhpərvər və xeyriyyəçilik fəaliyyəti ilə Ukraynada daim diqqət mərkəzində olublar.

Hər iki şəxs Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmovun əmisidir.




Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page