top of page

Həmişə demişəm: Azərbaycan dürüst düşməndir - Babayan

  • Xuraman Həmidova
  • Dec 3, 2020
  • 1 min read

Bu saziş bizim üçün çox mürəkkəb, ağır müqavilədir. Brest müqaviləsi kimidir, hətta ondan da pis. Lakin biz anlamalıyıq ki, baş verənlər, ilk növbədə, başqa qüvvələrin deyil, öz günahımızdır. Mən Türkiyəni, Azərbaycanı günahlandırmıram, çünki onlar, əvvəl də deydiyim kimi, ən dürüst düşmənlərdir. "DİQQƏT" xəbər verir ki, bu sözləri keçmiş və qondarma “dqr”in separatçı-terrorçu liderinin “müşaviri” David Babayan “RİA Novosti”yə müsahibəsində deyib. “Onlar əsl niyyətlərini heç vaxt gizlətməyiblər. Həmişə deyirdilər ki, əsas məqsəd Xankəndidir, Şuşadır və sair. Bizim daxildən problemlərimizin olması isə başqa məsələdir. Biz Azərbaycana, Türkiyəyə uduzmamışıq, özümüz özümüzə uduzmuşuq. Bunu nəzərə almalıyıq. Biz yeni müharibənin strateji xarakterini həll edə bilməmişik. Bu isə müdafiə siyasətinin ən vacib şərtlərindən biridir”, – o bildirib.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page