top of page
Xuraman Həmidova

Həbs edilən baş həkim general qohumu vasitəsilə vəzifəyə təyin olunub


Dünən gecə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla həbs edilən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev bu posta yüksək vəzifədə işləyən yaxın qohumu vasitəsi ilə təyin olunub.

DİQQƏT.info xəbər verir ki, məlumatlı mənbədən “AzPolitika.info”-ya daxil olan informasiyaya görə, İ.Ağayevin FHN-də nazir müavini olan general-leytenant Faiq Tağızadənin qohumudur.


Baş həkim bundan əvvəl Gömrük Komitəsinin Mərkəzi Hospitalının stomatoloqu olub.

O, 2003-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçib. Stomatologiya kafedrasının assistenti, tibb elmləri namizədi, Azərbaycan İmplantoloqlar Assossiasiyasının üzvüdür.


Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədovun qanunsuz olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 2 min 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində alması faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Oruc Məmmədovun öz həqiqi təsir imkanlarından istifadə edərək koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan şəxsin Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 4 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr yaranıb.

34 views0 comments

Recent Posts

See All

Komentáře


bottom of page