top of page
Xuraman Həmidova

Hikmət Hacızadə vəfat etdi


Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə vəfat edib. "DİQQƏT" xəbər verir ki, bu barədə oğlu Adnan Hacızadə məlumat verib. Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək. H.Hacızadə bir neçə gün əvvəl insult keçirmişdi. Qeyd edək ki, Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olub. 1977-ci ildə ADU-nun fizika fakültəsini bitirib, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə edib. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin "Svoboda" qəzetinin redaktoru olub. Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səfiri olub. 1993-cü ildən Müsavat Partiyasının və onun Divanın üzvü olub.

11 views0 comments

Recent Posts

See All

Comments


bottom of page