top of page

Hakimiyyətə gəlsəm, tezliklə onları Bakıdan alacam - Vanetsyan

  • Xuraman Həmidova
  • Feb 26, 2021
  • 1 min read

Mən sizə rəsmi şəkildə vəd verirəm ki, hakimiyyətə gəlsəm, əsirlərin geri qayıtması məsələsi bir neçə günə həll ediləcək. DİQQƏT.info xəbər verir ki, bunu Ermənistanın Vətən Partiyasının sədri Artur Vanetsyan söyləyib. Bununla belə Vanetsyan irəli sürdüyü iddiasını necə gerçəkləşdirəcəyini açıqlamayıb. Qeyd edək ki, Azərbaycan rəsmən heç bir erməni əsiri saxlamadığını bildirib. Rəsmi Bakı hazırda əlində olan 60 erməni silahlının əsir yox, terrorçu olduğunu açıqlayıb.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page