top of page

Gəncədə yük maşını iki hissəyə bölündü: Ağır yaralılar var - FOTOLAR

  • Xuraman Həmidova
  • Mar 17, 2021
  • 1 min read

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. DİQQƏT.info bildirir ki, Unikal.org-un Qərb bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, qəza “Nizami” məqbərəsinin yaxınlığında qeydə alınıb. Belə ki, “İsuzu” markalı yük avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini keçidin beton araskəsməsinə çırpıb. Qəza nəticəsində maşın iki yerə bölünüb, 41 yaşlı Zeynalov Razim Nazim oğlu və 45 yaşlı Elgün Bayramoğlu ağır bədən xəsarətləri alıblar.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.





コメント


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page