top of page

Tiflisin tələbi TƏMİN OLUNDU: Avropa məhkəməsi Rusiyaya qarşı QƏRAR VERDİ

  • Xuraman Həmidova
  • Jan 21, 2021
  • 1 min read

Strasburq məhkəməsi 2008-ci il müharibəsi haqqında iş üzrə qərarı elan edib.

DİQQƏT.info xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın 2008-ci ilin avqustunda müharibə zamanı Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrinin pozulması ilə bağlı tələbini təmin edib.

“Bu pozuntuların Böyük Məhkəmə Palatası tərəfindən tanınması 2008-ci ilin avqust müharibəsi zamanı Rusiyanın gürcüləri etnik təmizləməyə məruz qoyduğunu təsdiq edir.

Bu tarixi qərar münaqişələrin həlli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün mühüm rıçaqdır”, - məlumatda bildirilib./Axar.az

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page