Gürcüstanın Qardabani rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı istintaqa başlanılıb. DİQQƏT.info-nun məlumatına görə “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirib. Hadisə zamanı 11 və 15 yaşlarında olan iki azərbaycanlı qardaş xəsarətlər alıb.
15 yaşlı uşaq xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq partlayış maddəsi üzrə aparılır. Hadisə zamanı xəsarət alan 11 yaşlı məktəblinin həyatının təhlükədə olmadığı bildirilir. İlkin məlumatlara əsasən, partlayışa əl qumbarası səbəb olub.
Komentarze