Dünyaca məşhur İtaliya brendi "Gucci" son məhsulları ilə gündəmi alt-üst edib.
DİQQƏT.info-nun məlumatına görə Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, bahalı məhsulları ilə məşhur brend bu dəfə dünyanın gülüş hədəfinə çevrilib.
Belə ki, “Gucci” cırıq kapron corabları nə az, nə çox düz 190 dollara (323 manat) satışa çıxarıb.
Məhsul brendin rəsmi saytında satışa çıxarıldıqdan sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəziləri şirkəti lağa qoysa da, onları sərt qınayanlar da çox olub. Onlar Dünya Moda Assoasiyasını bu dəliliyi dayandırmağa səsləyiblər.
Comments