Gorus-Qafan yolunda insident baş verib. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin hərəkətinə Rusiya sülhməramlıları mane olub.
DİQQƏT.info- nun məlumatına görə bu haqda Teleqram hesablarında xəbər yayılıb. Qafan meri Gevorq Parsyanın sözlərinə görə insident Gorus-Qafan yolunda qoyulmuş "Azərbaycana xoş gəlmisiniz!" lövhəsi güllələndikdən sonra baş verib. Atəş açanların kimliyi bilinməsə də, erməni olduqları dəqiqdir.
Azərbaycan hərbçiləri lövhəni qorumaq və nəzarəti gücləndirmək məqsədilə qabağa irəliləmək istərkən, rüs sülhməramlılar onların qarşısını kəsmiş və onların hərəkətinə mane olmuşlar. Buna görə də yola zirehli texnika çıxararaq yolu kəsmişlər.
Ermənistan MN-yi məlumatı təkzib edir. Yoldan çəkilmiş fotonu təqdim edirik.
Komentarji