“Türkiyə açıq şəkildə Böyük Turan layihəsinə doğru irəliləyir. Zamanla Rusiya da asılı hala gələcək, bu gün olduğu kimi”.
DİQQƏT.info “MediaPost”a istinadən xəbər verir ki, bunu rusiyalı general-polkovnik və siyasətçi Leonid İvaşov söyləyib.
O, Türkiyənin Krım, Azərbaycan və türk respublikalarına istiqamətlənmiş siyasətini narahatlıqla izlədiklərini söyləyib:
“Türkiyə üçün Qarabağda ən önəmli olan Laçın koridoru idi, bununla Orta Asiyaya çıxışı olacaq. Türkiyənin Cənubi Qafqazda olması onlar üçün strateji əhəmiyyət kəsb edən bir geosiyasi layihədir. Türkiyənin Xarici İşlər naziri Qazaxıstana etdiyi səfər zamanı Böyük Turan birləşmiş ordusunun qurulmalı olduğunu söyləyir. Qazaxıstanın Xarici İşlər naziri də bunu rədd etmir. Biz isə susuruq. Bir neçə gün sonra bizim məsul olduğumuz sahədə Özbəkistanla hərbi strateji müqavilə imzaladılar. Bunlar onu göstərir ki, Türkiyə açıq şəkildə Böyük Turan layihəsinə doğru irəliləyir. Rusiya da zamanla asılı hala gələcək, bu gün olduğu kimi. Türkiyə Krımda da öz oyununu oynayır. Rəsmi səviyyədə Zelenski hökuməti ilə Krım məsələsini müzakirə edirlər. Dövlət səviyyəsində də Ukrayna ilə əməkdaşlıq edirlər. Qarabağda uğurla istifadə edilən PUA-ların ilin sonunadək Ukraynaya göndərilməsinə dair bir çox məlumat var”, – deyə İvaşov qeyd edib.
Comments