top of page

General Rövşən Əkbərovdan AÇIQLAMA: “Hazırda ordu ilə əlaqəm yoxdur”- EKSKLYUZİV

Xuraman Həmidova

Xəbər verdiyimiz kimi Azərbaycan prezidenti İlham Əliyev ikinci Qarabağ savaşında xüsusi xidməti olan hərbçilərimizə ali hərbi rütbələr, orden və medallar verilməsi barədə sərəncam imzalayıb.

Ordu korpusu komandiri general Rövşən Əkbərovun adının bu siyahıda olmaması bir müddət əvvəl onun “vurulması” barədə xəbərləri yenidən aktuallaşdırıb.

Saytımızın dünənki araşdırmasına görə, Rövşən Əkbərov müharibənin ilk günlərində ordudan kənarlaşdırılıb.

Gununsesi.info-nun əməkdaşı bu xəbərə aydınlıq gətirməsi üçün generalın özü ilə danışıb.

Geniş açıqlama vermək niyyətində olmadığını deyən Rövşən Əkbərov “hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam” deyərək telefonun dəstəyini asıb.

69 views0 comments

Recent Posts

See All

Commenti


bottom of page