top of page

General Paşinyanı İFŞA ETDİ: "SU 30"lar niyə uçmadı?

  • Xuraman Həmidova
  • Nov 21, 2020
  • 1 min read

"44 gün yalan danışdıqları kimi, bu gün də yalan danışırlar". "DİQQƏT" xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan bildirib. M.Akopyan Ermənistana məxsus PUA-ların vurulduğu və "SU 30"-un yararsız olması barədə əvvəlki açıqlamasına cavab olaraq deyib: ""SU 30"lar yararsız deyildilərsə, niyə uçmadı? Bunlar 62 PUA vurublarsa, hanı o pualar? Bunu necə hesablayıblar? Hava məkanı nə üçün qorunmayıb? Onları dəqiq kim vurub və bu PUA-lar haradadır?" M.Akopyan qeyd edib ki, baş nazir Nikol Paşinyan Rusiyaya gündə bir neçə dəfə zəng edirdi, lakin oktyabrın 30-a qədər kömək istəmədi: "Daha çox təfərrüatlar lazımdırsa, baş nazirin niyə kömək istəmədiyi barədə dediklərini deyə bilərəm, amma deməyəcəm".

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page