top of page

Füzulidə minaya düşən şəxslərin ölümlərindən öncə çəkdikləri SON VİDEO

  • Xuraman Həmidova
  • Nov 30, 2020
  • 1 min read

Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində “Toyota” markalı avtomobillə hərəkətdə olarkən tank əleyhinə minaya düşərək həlak olan şəxslərin çəkdiyi son video yayımlanıb.

"DİQQƏT" Publika.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda doğma yurdlarına qayıdan şəxslərin sevinci əks olunub.

Qeyd edək ki, 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə “Toyota” markalı avtomobil iki ədəd tank əleyhinə minaya düşüb. Nəticədə avtomobildə olan dörd nəfər həlak olub.

Həmin görüntüləri təqdim edirik:




Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page