top of page
Xuraman Həmidova

Fransanın buradakı səfiri qovulmalıdır, bizim səfir geri çağrılmalıdır - ETİRAZ


Azərbaycanda Fransa səfirliyinin önündə aksiyaların keçirilməsinə start veriləcək. "DİQQƏT" bildirir ki, bu barədə Baxar.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib: “Təcili olaraq Fransanın buradakı səfiri qovulmalıdır, bizim səfir geri çağrılmalıdır. ATƏT-in Minsk qrupuna daxil olan dövlətin belə bir qərar qəbul etməsi yolverilməzdir. Bu qrupdan imtina etmək lazımdır. Çünki, artıq “qırmızı xətt” keçilib. Fransanın Azərbaycanda nə qədər şirkəti varsa, hamısı əllərindən alınıb, embarqo qoyulmalıdır. Paşinyanı iti qovan kimi qovduğumuz kimi onları da qovmaq lazımdır. Biz, Müasir Müsavat Partiyası olaraq Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilməsini müzakirə edəcəyik. Lazım olarsa, ardıcıl olaraq Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiyaları keçirəcəyik. Azərbaycan cəmiyyəti bir olaraq dövlətin, ölkə başçısının yanındadır!”

7 views0 comments

Recent Posts

See All

Comments


bottom of page