top of page

Fransadan işğalçıya növbəti jest – Makron Paşinyana zəng etdi

  • Xuraman Həmidova
  • Nov 13, 2020
  • 1 min read

Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığında Dağlıq Qarabağdakı hərbi əməliyyatların bitməsindən məmnun olduğunu bildirib və münaqişənin nizamlanması yolunda bütün tərəflər üçün məqbul bir həll tapmağa hazır olduğunu deyib.

"DİQQƏT" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Prezident döyüşlərin bitməsindən məmnun olduğunu bildirdi. Bütün tərəflər üçün məqbul olan uzunmüddətli bir siyasi həll tapmağa hazır olduğunu dedi”, - məlumatda qeyd edilib.

Makron Paşinyana Fransadan humanitar yardımın göstərilməsi üçün səylərin təşkili ilə bağlı da məlumat verib.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page