top of page

Fransa Minsk qrupunun iclasında iştirak etmək istəyir

  • Xuraman Həmidova
  • Nov 12, 2020
  • 1 min read

Fransa gələn həftə Moskvada, daha sonra BMT-də Dağlıq Qarabağla bağlı ATƏT-in Minsk qrupu iclaslarında iştirak edəcək.

"DİQQƏT"-in məlumatına görə, bu barədə Fransa Xarici işlər naziri Jan-İv Le Drian Senatda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsin olması yaxşı xəbərdir, lakin ona tam şəkildə əməl edilməlidir.

Onun sözlərinə görə, "indi əldə edilmiş razılaşmalar əsasında münaqişənin həllinə doğru irəliləmək lazımdır."

Nazir bildirib, Minsk qrupa Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Michael Pompeo və Jan-İv Le Drian özü həmsədrlik edir.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page