top of page

Fevralın 1-dən ənənəvi tədris bərpa oluna bilər - Təhsil Nazirliyi

  • Xuraman Həmidova
  • Jan 20, 2021
  • 1 min read

ree

Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib. DIQQƏT.info xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır. “Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib. Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir./Report

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page