top of page
Xuraman Həmidova

Evlərini yandırıb çıxan ermənilər indi hərtərəfli "yanırlar"


Keçmiş Ağdərə rayonuna, hazırda isə Kəlbəcər rayonuna daxil olan Çərəkdar kəndində kuryoz vəziyyət yaranıb.

DİQQƏT.info xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.

Kəlbəcər rayonu Azərbaycana təhvil verilərkən Çərəkdar kəndinin sakinləri də köçüblər. Onlar köçərkən isə, erməni xislətlərinə sadiq qalaraq evlərinə od vurublar, ağacları kəsiblər, heyvanları öldürüblər...

Lakin son anda bəlli olub ki, Çərəkdar kəndində ermənilər yaşaya bilərlər.

İndi ermənilər kəndə qayıda bilmirlər, çünki ev qalmayıb, təsərrüfat məhv edilib. Kəndin 270 sakini, 48 ailəsi olduğu bildirilir. İndi isə kənddə cəmi 3 ailə yaşayır – onlar da evlərini yandırmağa macal tapmayanlar, köçənə qədər “qala bilərsiniz” xəbərini alanlardır.

Qeyd edək ki, Ağdərə rayonu 1992-ci ildə ləğv edilib və ərazisi Kəlbəcər, Ağdam və Tərtər rayonlarına birləşdirilib.

94 views0 comments

Recent Posts

See All

Commenti


bottom of page