top of page

Ermənistan öz ərazisinə qatdığı bu torpaqlar Ordumuzun nəzarətinə keçdi

  • Xuraman Həmidova
  • Feb 6, 2021
  • 1 min read

27 illik işğal müddətində Ermənistanın Sünik (Zəngəzur) ərazisinə qanunsuz olaraq daxil edilən Xinzirək (Nerkin Xndzoresk) kəndindəki bir neçə mövqe sərhəd müəyyənləşməsi əsasında Ordumuzun nəzarətinə keçib.

DİQQƏT.info xəbər verir ki, bu barədə kəndin erməni icmasının sədri Ervand Malunç deyib.

O bildirib ki, artıq kənddə bir neçə ev qarşı tərəfin (yəni Ordumuzun) bir neçə yüzmetrliyində yerləşir.

Qeyd edək ki, bundan öncə Azərbaycan Ordusunun Sünikə, Xinzirək kəndinə girməsi barədə erməni sosial şəbəkələrində məlumatlar yayılmışdı. Lakin kəndin icma sədri Ervand Malunts bu məlumatların həqiqəti əks etdirmədiyini bildirmiş, daha sonra isə hazırda sərhəd müəyyənləşməsinin getdiyini etiraf etmişdi./Axar.az

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page