Erməni müsəlman ümmətinin sıraları Norayr adlı bir gənc sayəsində artıb.
DİQQƏT.info bu haqda “Qroznıy-inform” agentliyinə istinadla xəbər verir.
Müsəlman olmağı arzulayan 24 yaşlı Ermənistan vətəndaşı Norayr bu arzusunu son vaxtlar İslam şəhadətini bəyan etmək istəyənlərin tez-tez gəldiyi Çeçenistanda etməyə qərar verib.
Norayrın müsəlman olma mərasimi Çeçenistan Respublikası müftisinin köməkçisi Musa Albiyevin iştirakı ilə Qroznıda baş tutub. Mərasimin sonunda gənc Adəm İslam adını qəbul edib. Bundan əvvəl Qroznıda Ukraynanın Azov şəhərinin sakini Valeriya (Aişə) İslamı qəbul edib. /Moderator
Comments