top of page
Xuraman Həmidova

Ermənistan terrorçu və diversantları hərbi əsir hesab edir - Azərbaycana qarşı ÇİRKİN KAMPANİYA


Hərbi əməliyyatlardan sonra Ermənistan iddialarını gündəmdə saxlamaq üçün indi də hərbi əsirlər mövzusunu manipulyasiya obyektinə çevirirb. Lakin bu məsələdə də ölkədə ciddi fikir ayrılıqları, fərqli statistika, hətta ölkə rəsmilərinin verdiyi açıqlamalarda da ziddiyyət özünü kəskin göstərir.

DİQQƏT.info Mətbuat.az-a istinadən xəbər verir ki, bu məlumatları araşdırmaçı jurnalist Elçin Alıoğlu şərh edib. O deyir ki, bəzi rəsmilər 62 nəfərdən danışırlar, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan 115, keçmiş təhlükəsizlik naziri David Şahnazaryan 235, sosial şəbəkələr isə 500-dən artıq erməni hərbçinin əsir düşdünüyü iddia edirlər.

''Ermənistanda əsirlərlə bağlı bir-birinə zidd rəqəmlərin səslənməsi, onların bu mövzudan manipulyasiya üçün istifadə etdiklərini göstərir. Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dekabrın 14-də 44 erməni hərbi əsiri “hamını hamıya” prinsipi ilə qarşı tərəfə təhvil verib. Bu gün ermənilərin azadlıq istədikləri şəxslərin isə hərbi əsirlərlə bağlılığı yoxdur.

Söhbət hərbi əməliyyatların dayandırılması haqda imzalanmış Bəyanatdan sonra Ermənistanın diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə bu əraziyə göndərdiyi şəxslərdən gedir.

Elçin Alıoğlunun məlumatına görə beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər.

''Ermənistanın manipulyasiya etdiyi və geri qaytarılmasını tələb etdiyi şəxslər hərbi əsir sayıla bilməzlər, onlar diversant və terrorçudurlar və Azərbaycan tərəfi onları məhz bu statusda zərərsizləşdirib. Terrorçu-diversant qrupun üzvləri isə beynəlxalq humanitar hüququn və Azərbaycanın milli qanunvericiliyinin tələblərinə əsasən hərbi əsir statusu daşımır və onlar barəsində Azərbaycanın CM-nə uyğun məsuliyyət tədbirlərinin tətbiq edilməlidir. Terrorçu və diversantlar hərbi əsir hesab oluna bilməzlər".


21 views0 comments

Recent Posts

See All

Comments


bottom of page