top of page

Ermənistan müxalifəti Paşinyana 3 gün vaxt verdi

  • Xuraman Həmidova
  • Dec 5, 2020
  • 1 min read

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana istefaya getmək üçün dekabrın 8-ə qədər vaxt verib. "DİQQƏT" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı xəbər verir. “Biz çərşənbə axşamı – 8 dekabr, saat 12:00-yə qədər vaxt veririk ki, Nikol Paşinyan öz komandası ilə bu məsələni müzakirə etsin və istefaya getsin. Əks təqdirdə Ermənistanın bütün ərazisidə vətəndaş itaətsizliyi aksiyalarına başlanacaq”, – deyə “Daşnaksutyun”un rəsmisi İşxan Saqatelyan bu gün Paşinyanın iqamətgahı qarşısında keçirilən mitinqdə deyib. “Nikol, bu, sənin hökumət bağında son saatlarındır”, – Saqatelyan qeyd edib.

コメント


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page