top of page

“Ermənistan Azərbaycana hərbçilər göndərməyə cəhd edir” – Ceyhun Bayramov

  • Xuraman Həmidova
  • Mar 15, 2021
  • 1 min read

Ermənistan hərbçilərini mülki avtomobillərlə Azərbaycan ərazisinə keçirməyə cəhd edir. DİQQƏT.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri xanım Ann Lindenin Azərbaycana işgüzar səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransına deyib. C.Bayramov bildirib ki, Azərbaycan tərəfi bu barədə hesabatlar hazırlayaraq beynəlxaq təşkilatlara təqdim edib:

“Biz beynəlxalq təşkilatlara lazımi məlumatlar vermişik. Bu istiqamətdə bütün beynəlxalq təşkilatlar Ermənistana təzyiq etməlidirlər. Regionda sülhün bərqərar olması üçün hər bir tərəf öhdəliklərini yerinə yetirməlidir”./yenisabah

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page