top of page

Ermənistan Azərbaycana daha çox ərazi qaytarmalıdır - Erməni jurnalist

  • Xuraman Həmidova
  • Nov 14, 2020
  • 1 min read

“Ermənistan danışıqlar prosesi zamanı gözləniləndən çox ərazini Azərbaycana qaytarmalıdır. Bu, Ermənistan üçün sarsıdıcı bir məğlubiyyətdir”.

"DİQQƏT" xəbər verir ki, bunu həftəlik “Agos” qəzetinin baş redaktoru Eduard Tandzikyan “Qraparak” nəşrinə verdiyi müsahibədə deyib.

Dağlıq Qarabağ bölgəsində baş verən hərbi əməliyyatları şərh edən jurnalist bildirib ki, Ermənistanın gələcəyi qeyri-müəyyəndir: “Bu vəziyyət Ermənistanın məğlubiyyətinə dəlalət edir. Digər tərəfdən, Ermənistan bəzi bölgələri hələ də qaytarmalı olduğunu bilməlidir”.

Tandzikyan təkcə Paşinyanı günahkar hesab etmir. Onun sözlərinə görə, baş verənlərdən əvvəlki hökumət də cavabdehdir. O, Azərbaycan ordusu ilə mübarizənin Ermənistan üçün çox çətin olduğunu bildirib.

تعليقات


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page