top of page

“Ermənilərin Kəlbəcərdən Ermənistana gedişinə icazə verilməsi mümkündür...”- Konfliktoloq

  • Xuraman Həmidova
  • Jan 20, 2021
  • 1 min read

“Dağlıq Qarabağın erməni sakinlərinin Azərbaycan ərazisindən keçərək Ermənistana getməsinə icazə verilməsi tamamilə reallaşdırılması mümkün olan bir işdir”.

DİQQƏT.info Moderator.az-a istinadən xəbər verir ki, bu fikri Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov Rusiya mediasına açıqlamasında ifadə edib.

"Azərbaycan artıq belə bir xoş niyyət göstərib və ermənilərin Kəlbəcər bölgəsindəki Xudavəng məbədini ziyarət etməsinə icazə verib. Bu təcrübədən Rusiya sülhməramlılarının müşayiəti ilə Kəlbəcərə gediş-gəliş üçün də istifadə edilə bilər" –deyə Ə. Həsənov bildirib.

Konfliktoloq belə bir addımın gərginliyin aradan qaldırılmasına, qarşılıqlı dialoqun qurulmasına və gələcəkdə Qarabağdakı erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşamasına kömək edəcəyini də qeyd edib.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page